Kral taxtının varislərinin gündəmi zəbt edən- - Fotoları

kral-taxtinin-varislerinin-gundemi-zebt-eden-
Oxunma sayı: 2392


“Qafqazinfo” The Mirror-a istinadən xəbər verir ki, Kensington Sarayı tərəfindən yayımlanan 4 fotoda Charlotte böyük qardaşı Şahzadə Corcun qucağında oturub. Şəkillərin  Cambridge Düşes Kate tərəfindən keçən ay çəkildiyi açıqlanıb. 2 yaşındakı Şahzadə Corc bacısının alnından öpərkən görüntülənib. Bu foto İngiltərə gündəmini zəbt edib. 

Qeyd edək ki, taxtın dördüncü varisi Şahzadə Charlotte 2 may tarixində Londondakı St. Marys Xəstəxanasında dünyaya gəlmişdi. 

Xatırladaq ki, Cambridge Dükü William və həyat yoldaşı Kate uşaqlarıyla birgə ölkənin şərqindəki Norfolkda olan evlərində yaşayır. 2011-ci ildə Westminster Katedralində görkəmli bir mərasimlə evlənmişdilər. William ilə Kate-in ilk uşaqları Şahzadə Corc isə 22 iyul 2013 tarixində dünyaya gəlmişdi.