Norveç kralı V Harald və kraliça Sonya koronavirusa qarşı təhlükəsizlik tədbiri məqsədilə karantinə yerləşdiriliblər.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kral ailə üzvlərində virusun heç bir əlamətləri müşahidə olunmayıb. Onlar sadəcə olaraq, son iki həftə ərzində ölkə sərhədindən kənara çıxdıqları üçün karantinə alınıblar. Həmçinin, ölkənin bir neçə naziri də xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Norveçdə 600-dən çox insanda Covid-19 aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər