Kralı təhqir edən repçi həbs olundu, ölkədə etiraz başladı - Fotolar

krali-tehqir-eden-repci-hebs-olundu-olkede-etiraz-basladi
Oxunma sayı: 2351

İspaniya Kralı VI Filipp və atası I Xuan Karlosu təhqir etməkdə və terrorçu qrupları tərifləməkdə ittiham olunan məşhur repçi Pablo Hasel həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, tərəfdarlarının köməkliyi ilə gizli olaraq Kataloniya muxtar vilayətinə gətirilərək universitetə sığınan ifaçı polis tərəfindən təşkil olunan əməliyyat zamanı saxlanılıb.

Haselin həbsə göndərilməsindən sonra minlərlə insan Barselonanın mərkəzi küçələrinə axışıb.

Kataloniya və Valensiyada da vətəndaşlar hökumətə etiraz ediblər, “Pablo Haselə azadlıq” şüarını səsləndiriblər.

Polis nümayişçilərə sərt reaksiya göstərib, nəticədə toqquşma baş verib. Vətəndaşlar zibil qutularını yandırıb, polis şöbələrinə su şüşələri və daş atıblar.

Bundan əlavə, ölkənin bir qrup nüfuzlu sənətçi, yazar və  KİV rəhbərlərinin imzası ilə manifest sənədi təqdim edilib, hakimiyyət tənqid olunub.