Kraliça Elsa lezbiyan olur? - Fotolar

kralica-elsa-lezbiyan-olur
Oxunma sayı: 7969

Oskar mükafatlı çizgi filmi “Frozen - Qarlar ölkəsi” ətrafında yeni qalmaqal meydana gəlib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, filmin davamında Kraliça Elsa obrazının lezbiyan olacağı barədə yayılan xəbərlər Hollivudu qarışıdırıb.

“Qarlar ölkəsi”nin iki prodüseri və rejissoru Jennifer Lee və Chris Buck açıqlamasında belə bir təklifin irəli sürüldüyünü bildirib.

“Disney” şirkəti ssenarinin mətbuata yayılmasının qarşısını almaq üçün addımlar atmağa başlayıb.

Mühafizəkar şirkətin lezbiyan obrazını yaratması ölkədə əsas müzakirə mövzusuna çevirilib.

Tvitter sosial şəbəkəsində #GiveElsaAGirlfriend həştağı ilə kampaniya başlayıb, müğənni -aktrisa, Kraliça Elsa obrazını səsləndirən İdina Menzel mövzu lehinə paylaşımlar edib.