Kraliça əməliyyatını hər kəsdən gizlədirmiş

kralica-emeliyyatini-her-kesden-gizledirmis
Oxunma sayı: 2122

Böyük Britaniyanın kraliçası II Yelizaveta katarakt (mirvari suyu) əməliyyatı olunub.

"Qafqazino" xarici KİV-ə istinadən xəbər verir ki, kraliça mayda əməliyyat keçirsə də, Bukinqem sarayı məlumatı indi yayıb: "Kraliçanın ötən ay baş tutan göz əməliyyatı uğurla başa çatıb". 

Qeyd edək ki, 92 yaşlı Yelziaveta uzun müddətdir ictimai yerlərdə gün eynəyindən istifadə edir. O, əməliyyat olunmasına baxmayaraq, heç bir tədbirdən də qalmayıb.