Kraliça II Elizabet metroda - Video

kralica-ii-elizabet-metroda
Oxunma sayı: 2587

Böyük Britaniya kraliçası II Elizabet London metrosuna enərək monarxa həsr olunmuş xəttin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Səhhətinə görə kraliça nadir hallarda Vindzor qəsrini tərk edir. Lakin gözlənilmədən mayın 17-də səhər saatlarında 96 yaşlı kraliça kiçik oğlu Edvard ilə ictimai tədbirdə görünüb. 

II Elizabet metro xəttinin adı yazılmış lövhənin açılışını edib və onu tikən inşaatçılarla danışıb. Sonra kraliça üzərində artıq 5 funt sterlinq olan “Oyster Card” nəqliyyat kartını doldurmağa çalışıb.