Kraliça koronavirusa yoluxdu

kralica-koronavirusa-yoluxdu
Oxunma sayı: 2535

Böyük Britaniya kraliçası II Elizabet koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters”ə Bukinqem sarayından bildirilib.

Qeyd edilib ki, 95 yaşlı kraliçanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. O, xəstəliyi yüngül keçirir, lakin gələn həftə vəzifələrini davam etdirəcəyini gözləyir.

“O, tibbi yardım almağa davam edəcək və bütün müvafiq qaydalara əməl edəcək”, - saraydan vurğulanıb.

Taxtın varisi 73 yaşlı Çarlz bu ayın əvvəlində ikinci dəfə koronavirusa yoluxub. Saraydakı mənbə onun kraliça ilə bir neçə gün əvvəl görüşdüyünü bildirib.