Kraliçadan diplomatik qalmaqal - Rəsmi qonaqlara “kobud” dedi...

kralicadan-diplomatik-qalmaqal-
Oxunma sayı: 1764

Britaniya kraliçası 2-ci Yelizavetanın Bukinhem sarayında baş tutan 90 illik yubileyində etdiyi ehtiyatsızlıq beynəlxalq qalmaqala səbəb ola bilər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yelizaveta II polis zabiti ilə söhbətində ötən il Çindən gələn deputatları “çox kobud” adlandırıb.

Kraliçanın polis zabiti ilə söhbətinin video görüntüsü mətbuatda yayımlanıb.

Qeyd edək ki, həmin polis zabiti 2015-ci ildə Çin prezidenti və onun həyat yoldaşının aralarında olduğu çinli nümayəndə heyətinin təhlükəsizliyinə cavabdeh olub.

Polis Lyusi Dorsi kraliçanın dediklərini təsdiqləyib və bildirib ki, onlar həqiqətən də “kobud və qeyri-diplomatik” olublar.

Xatırladaq ki, bu, Bukinhem sarayında kraliçanın yubileyində qeydə alınan ikinci kuryoz hadisədir. Mikrafonun açıq olduğundan xəbərsiz olan baş nazir Devid Kameron Nigeriya və Əfqanıstanı dünyanın ən çox korrupsiyalaşmış ölkələri adlandırmışdı.