Kraliçadan Meqanın irqçilik iddialarına - Reaksiya

kralicadan-meqanin-irqcilik-iddialarina
Oxunma sayı: 2293

İngiltərə kraliçası II Elizabet Şahzadə Harri və Meqan Marklın gündəm olan reportajına münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Birminhem Sarayının kraliçanın adından yaydığı açıqlamada Harri və Meqanın irqçiliklə bağlı ittihamının narahatedici olduğu bildirilib.

“İrqçilik məsələsindən ciddi narahatlıq duyuruq və bu məsələnin üzərində duracağıq”, - açıqlamada deyilir.

Bundan başqa, qeyd olunub ki, Meqan və Arçi hər zaman çox sevilən ailə üzvləri olacaqlar.

Qeyd edək ki, M.Markl reportajda oğlu Arçinin hələ doğulmadan irqçiliyə məruz qaldığını, kraliyyət ailəsinin uşağın qaradərili ola biləcəyindən ehtiyat etdiyini açıqlayıb.