İngiltərə kraliçası II Elizabetin əri, Edinburq hersoqu, şahzadə Filipp xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 99 yaşlı şahzadənin koronavirusla əlaqədar olaraq xəstəxanaya yerləşdirilmədiyi bildirilib.
Hazırda hersoq Kral VII Edvard Xəstəxanasındadır. Xəstəxananın açıqlamasına görə, şahzadə profilaktik tədbir olaraq tibbi nəzarətdə saxlanılır.
Qeyd edək ki, Şahzadə Filipp həyat yoldaşı Kraliça II Elizabetlə birlikdə yaxın zamanda koronavirus vaksinasiyasından keçmişdi.

Son xəbərlər
Son Xəbərlər