Kraliçanın sarayında Yeni il hazırlıqları başladı - Fotolar

Kraliçanın sarayında Yeni il hazırlıqları başladı
Oxunma sayı: 3156

ABŞ-ın birinci xanımı Melaniya Trampdan sonra Böyük Britaniya kraliçası II Yelizavetanın da iqamətgahının Milad bayramına hazırlıq prosesinin fotoları yayılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, kraliça hər il olduğu kimi bu il də ailəsini Sandrinqem sarayında başına toplayacaq. Buna baxmayaraq, Vindzor qalasında yolka qurulmağa başlanıb. Səbəb isə Vindzor qalasının 900 ildən çoxdur ki, ingilis monarxiyasının dəyişməz simvolu olmasıdır.

Bu il sarayda əsasən qırmızı-yaşıl tonlardan istifadə olunub. Qurulan yolkalardan birinin hündürlüyü 6, digəri 4,5 metrdir.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi