Kraliçanın yubileyində 4 yaşlı nəticəsi gündəm oldu - Fotolar

kralicanin-yubileyinde-4-yasli-neticesi-gundem-oldu
Oxunma sayı: 6192

Geridə qoyduğumuz həftəsonu Londonda  Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin taxta çıxmasının 70 illik yubileyi şərəfinə təntənəli tədbirlər başa çatıb.

“Qafqazinfo” “Daily mail”ə istinadən xəbər verir ki, dünyanın böyük maraqla izlədiyi tədbirdə hər kəs kraliçanın diqqət mərkəzində olacağını böyük maraqla gözləyirdi. Lakin buna baxmayaraq, şahzadə Uilyam və Keyt Middltonun 4 yaşlı oğlu Lui günün ulduzuna çevrilib.

Belə ki, tədbirin son günü fotoqraflar nə zaman şahzadə Luini çəkmək istəsə, o, yerində sakit dayanmayıb, nəticədə ortaya məzəli fotolar çıxıb. Bununla yanaşı, şahzadə tədbiri izləyərkən anası Keyt Middltona çətin anlar yaşadıb. Lui tez-tez əllərini yuxarı qaldırıb, yumruqlarını düyünləyərək havada yellədib, əlləri ilə onu sakitləşdirməyə çalışan anasının ağzını bağlayıb.

Bütün bu müddət ərzində Keyt Middltonun düşdüyü çətin vəziyyətə baxmayaraq, oğluna çox səbrlə reaksiya verdiyini görmək mümkündür. Şahzadə Luini isə ən sonda babası şahzadə Çarlz sakitləşdirməyə nail olub. O, Luini qucağına alıb və tədbirin müxtəlif hissələrini göstərərək onu əyləndirməyə çalışıb.

Qeyd edək ki, Lui kraliçanın platin yubileyininin qeyd olunmasının ilk günündə də öz üz ifadələri ilə gündəmə gəlib. Belə ki, aviaşou zamanı Lui səsə tab gətirməyərək əlləri ilə qulaqlarını tutub və qışqırmağa başlayıb. Bu zaman kraliça onu sakitləşdirməyə çalışıb.