Kraliçanın zinət əşyaları kimlərə qaldı?

Kraliçanın zinət əşyaları kimlərə qaldı?
Oxunma sayı: 4655

Böyük Britaniya Kraliçası II Elizabetin ölümü və dəfn mərasimi hələ də dünyanın aparıcı nəşrlərinin gündəmindədir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə Kraliçanın ölümündən sonra onun zinət əşyalarının kimə qalacağı gündəm olub.

Bəzi məlumatlara görə, Kraliça öz dəyərli zinət əşyaları ilə birgə dəfn olunub. Belə ki, II Elizabet dəfn olunarkən onun əlində anasına məxsus qızıldan nişan üzüyü olub.

Bundan əlavə, o, dəfn olunarkən qulağında nənəsi kraliça Merridən qalan sırğalar olub. Bu sırğa xırda bir almaz və onun altında yerləşən ağ incidən formalaşır.

Kraliça eyni zamanda atası 3-cü Qeorqun hədiyyə etdiyi boyunbağı ilə dəfn edilib.

Mütəxəssislərin fikrincə, Kraliçanın geridə qalan digər zinət əşyaları böyük ehtimalla ondan sonra taxta çıxan Kral III Çarlza qalıb.