Kralın adı küçəyə verildi, xalq ayağa qalxdı

kralin-adi-kuceye-verildi-xalq-ayaga-qalxdi
Oxunma sayı: 1930

Livanın paytaxtı Beyrutda bir küçəyə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin adının verilməsi livanlıların sərt etirazına səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, livanlı Tvitter istifadəçiləri “utancküçəsi" haştaqı altında sosial şəbəkədə etirazlarını nümayiş etdiriblər.

Qeyd edək ki, küçəyə Salmanın adı Beyrut bələdiyyə sədrinin təşəbbüsü ilə verilib.