Kralla kraliçanın tacı oğurlandı

kralla-kralicanin-taci-ogurlandi
Oxunma sayı: 1800

İsveçin 17-ci əsrdə yaşamış kralı 9-cu Karl və həyat yoldaşı kraliça Kristinaya məxsus taclar və səltənət kürəsi oğurlanıb.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, tarixi əşyalar paytaxt Stokholmun 100 km yaxınlığındakı Stranqas kilsəsindən aparılıb.

Oğrular kilsə yaxınlığındakı gölə keçərək gəmi ilə qaçıblar. Hazırda axtarışlar aparılır.

Qeyd edək ki, tacların 1611-ci ilə aid olduğu bildirilir.