Krapivin Ukraynadakı azərbaycanlılara müraciət etdi - Video

krapivin-ukraynadaki-azerbaycanlilara-muraciet-etdi
Oxunma sayı: 6220

Ukraynada yaşayan azərbaycanlı iş adamı Oleq Krapivin bu ölkədəki soydaşlarımıza müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, o, videomüraciətində soydaşlarımızı panikaya düşməməyə çağırıb.

İş adamı bildirib ki, azərbaycanlılar qısa zamanda ölkələrinə təxliyə olunacaqlar: “Vəziyyət gərgin olduğuna görə özünüzü qoruyun, panikaya düşməyin, çalışın evlərdə qalın. Biz hökumətlə və komitə ilə əlaqədəyik. Tezliklə əlavə qaynar xətt yaradılacaq və əlimizdən gələn köməyi edəcəyik. Vətəndaşlarımızın vətənə getməsi üçün şərait yaradılacaq.

Bir böyük kimi sizdən xahişim odur ki, evdən çıxmayın, böyük şəhərlərdə yaşayanlar bombalanma zamanı sığınacaqlara düşsün. Xüsusilə şəhərlərarası yollarda böyük təhlükələr var. Çalışın ki, şəhərlərarası gediş-gəlişi təxirə salın. Bir-iki gün səbr edin, hər şey düzələcək. Komitə imkan olan kimi bizə məlumat verəcək və kim istəsə, vətənə qayıdacaq”.