“Krasnodar”ın futbolçusu “Qarabağ”da

krasnodarin-futbolcusu-qarabagda
Oxunma sayı: 1181

“Qarabağ” daha bir futbolçunun transferini həyata keçirib. “Qafqazinfo” xəbər verir ki, bir müddətdir baxışda olan Elgün Uluxanovla 1,5 illik müqavilə imzalanıb.

Rusiyanın “Krasnodar” klubundan gələn futbolçunun transfer vərəqəsi hələ “Qarabağ”a gəlmədiyindən o, əvəzedici heyətdə çıxış edəcək. U-17 Azərbaycan millisinin sabiq üzvü transfer vərəqəsi ilə bağlı problemi həll etdikdən sonra Uluxanov əsas komandada çıxış edə biləcək.