Kredit borcuna görə daha bir intihar

kredit-borcuna-gore-daha-bir-intihar
Oxunma sayı: 3156

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Bildirilir ki, T.Allahverdiyev ailəli, 2 uşaq atası olub. Onun banka xeyli kredit borcu varmış.