Ötən aydan etibarən dollarla kredit götürənlərin banklara borcu 30 faizə yaxın artıb.Bu borc yükünün azaldılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Ancaq gəlirlərini itirmək istəməyən əksər banklar geri addım atmadı.Nəhayət Mərkəzi Bankın sədri Milli Məclisdən müraciət edərək faizlərin aşağı salınmasını təklif etdi. Bundan sonra qismən dəyişiklik müşahidə edilsə də, bu, kütləvi xarakter daşımır.
Faizlər endirilsə də, problem tam həllini tapmayıb. Çünki güzəştlər olduqda azdır.
Mütəxəssislər hesab edir ki, Mərkəzi Bankın kommersiya banklarına müraciəti şifahi yox, yazılı olmalıdır. Rəsmi formada banklara ya tapşırıq, ya da tövsiyyə məktubu ünvanlanmalıdır ki, xarici valyutada götürülən kreditlərin faizləri aşağı salınsın. Burada təkcə faizlərin azaldılması deyil, həm də güzəştlərlə bağlı interval da müəyyənləşdirilə bilər
Xəzər Xəbər
Son xəbərlər
Son Xəbərlər