Bakı şəhər BPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 1-də saat 20 radələrində 64 nömrəli xətt avtobusunda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini Sevinc Nəcəfovanın əl çantasından içərisində 26 manat pul və bank kartları oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinənlər 1986-cı il təvəllüdlü, Bakı şəhər Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şanabov küçəsində yaşayan, əvvəllər məhkum olunan Orlov Ruslan Konstantinoviç, həmin qəsəbənin F.Bayramov küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Paşayev Elmir Eldar oğlu tutulub.
Şübhəli şəxslərin üzərinə baxış zamanı R.Orlovun üzərindən 3, 776 qram, E.Paşayevin üzərindən 2, 431 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Müəyyən olunub ki, onlar elə həmin gün zərərçəkmişə məxsus bank kartından istifadə etməklə Xətai rayonu, M.Hadi küçəsində yerləşən mağazada ərzaq məhsullarına və spirtli içkilərə 219 manat xərcləyib.
Faktla bağlı Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq və əməliyyat-axtarış tərdbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər