Kreditdə ləngimə olarsa, tələbəyə imtina verilə bilməz

kreditde-lengime-olarsa-telebeye-imtina-verile-bilmez
Oxunma sayı: 893

“Tələbənin bir təhsil müəssisəsindən digər bir təhsil müəssisəsinə köçürülməsi onun Təhsil Tələbə Kredit Fondu tərəfindən verilən kredit öhdəliklərini dəyişdirmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev bildirib. 

Nazir müavini həmçinin bildirib ki, kreditdə ləngimə halı olarsa, bank tərəfindən tələbəyə imtina verilə bilməz. 

İ. İsayevin sözlərinə görə, kreditlər yalnız Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinə aiddir. Təhsil Nazirliyinə 56 min tələbənin təhsil haqqının qarşılanması üçün 80 milyon manat məbləğində vəsait ayrılıb. 

Gülnar Əliyeva