“Kreml ABŞ-la münasibətlərdə ən pis ssenarilərə hazırdır”

“Kreml ABŞ-la münasibətlərdə ən pis ssenarilərə hazırdır”
Oxunma sayı: 869

“Moskva ABŞ ilə əlaqələrin inkişafı istiqamətində ən pis ssenarilərə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rus diplomatların ölkədən çıxarılması ilə bağlı xəbərləri şərh edərkən jurnalistlərə açıqlamasında bildirib.

“Görürsünüz ki, Amerika tərəfinin düşmənçiliyi və gözlənilməzliyi bütövlükdə bizi ən pis ssenarilərə hazır olmağımıza məcbur edir. Yəni, kifayət qədər aqressiv, təxmin olunmaz bir həmsöhbətiniz olduqda, təbii ki, hər zaman səfərbər vəziyyətdə olursunuz”, - deyə Peskov qeyd edib.