Kreml Consonun Putinlə bağlı açıqlamasını yalan adlandırdı

kreml-consonun-putinle-bagli-aciqlamasini-yalan-adlandirdi
Oxunma sayı: 2424

Kreml Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Rusiya Prezidenti Vladimir Putinin onu raket hücumu ilə hədələməsi barədə açıqlamasına münasibət bildirib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi sözçüsü Dmitri Peskov danışıb.

O, Boris Consonun sözügedən açıqlamasını yalan adlandırıb və heç bir təhdidin olmadığını bildirib.