“Kreml bundan sonra Aleksey Navalnı ilə bağlı davam edən proseslə əlaqədar açıqlama verməyəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Şurası Parlament Assambleyası (AŞPA) nümayəndələrinin Navalnının sərbəst buraxılması çağırışını şərh edərkən bildirib.
“Artıq bu məhkum vətəndaşın vəziyyəti ilə bağlı şərh etmək imkanımız yoxdur. Məlumatımız yoxdur, almırıq”,-deyə Peskov qeyd edib.
O, bütün sualları Federal Penitensiar Xidmətə, eləcə də prokurorluğa ünvanlamağı tövsiyə edib: “Qanunun aliliyinə riayət olunmasına dair hər hansı bir şikayət və ya şübhə varsa, prokurorluğa müraciət edin”.
Qeyd edək ki, səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra Federal Penitensiar Xidmətin tibb bölməsinin həkimlərindən ibarət komissiya A. Navalnının koloniyadan məhkumlar üçün nəzərdə tutulmuş regional xəstəxananın stasionar şöbəsinə köçürülməsinə qərar verib. Bloqerin vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər