Kreml Putinin Şoyqu ilə istirahət görüntülərini yaydı - Video

kreml-putinin-soyqu-ile-istirahet-goruntulerini-yaydi
Oxunma sayı: 7468

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə sentyabrın əvvəlində Sibirin rayonlarından birində istirahət edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı video-görüntüləri Kreml bu gün yayıb. Putinlə Şoyqu meşə gəzintisinə çıxıb, dağlara qalxıb və balıq tutublar.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişində qeyd edib ki, Putin məzuniyyətdə olanda belə onun təhlükəsizliyi “buna məsul şəxslər” tərəfindən təmin edilir.