Kreml Putinlə Makronun danışığı ilə bağlı sualı cavablandırdı

kreml-putinle-makronun-danisigi-ile-bagli-suali-cavablandirdi
Oxunma sayı: 1918

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Fransa liderləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığının olması məsələsinə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə bildirib:

“Bununla bağlı hələlik dəqiq tarix yoxdur”.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə Zaporojya Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.