“Heç kim Vladimir Putinlə Volodimir Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, bu, həqiqətən də konseptual olaraq mümkündür. Amma ilk növbədə, həm nümayəndə heyətləri, həm də nazirlər öz üzərinə düşəni etməlidirlər ki, Prezidentlər proses naminə və xatirinə deyil, nəticə üçün görüşsünlər”, - deyə Peskov əlavə edib.
Onun sözlərinə görə, Rusiya tərəfinin mövqeləri məlumdur, bu, aydın şəkildə ifadə olunub və Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırılıb: “Biz qarşılıqlı mülahizələri gözləyirik”.
Son xəbərlər
Son Xəbərlər