Kreml Zelenski ilə Krımı müzakirə etməyəcək

kreml-zelenski-ile-krimi-muzakire-etmeyecek
Oxunma sayı: 1710

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə mümkün görüşdə ikitərəfli münasibətlər mövzusunu müzakirə etməyə hazırdır, lakin Kreml Krım mövzusuna toxunmaqdan imtina edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Prezident ikitərəfli münasibətlərdən danışmağın mümkün olduğunu bildirib, Krım kimi bir mövzu isə yoxdur”,-deyə qeyd edən Peskov burada müzakirə ediləcək bir şeyin olmadığını bildirib.

Qeyd edək ki, aprelin əvvəlində Vladimir Zelenski rus dilində Vladimir Putinə müraciət edərək müharibənin davam etdiyi Donbass bölgəsinin istənilən nöqtəsində görüşməyi təklif edib. Zelenski çıxışında keçmişə baxmayaraq, Rusiya və Ukraynanın gələcəyini fərqli şəkildə gördüyünü də söyləyib.

Cavabında Putin Zelenskini ikitərəfli münasibətləri istənilən vaxt müzakirə etmək üçün Moskvada qəbul etməyə hazır olduğunu bildirib. Rusiya lideri vurğulayıb ki, Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DPR və LPR) nümayəndələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmalıdır.

Zelenski Putinin Moskvada görüş təklifinə hələ cavab verməyib.