Kreml Zelenskinin Putinlə bağlı açıqlamasına cavab verdi

kreml-zelenskinin-putinle-bagli-aciqlamasina-cavab-verdi
Oxunma sayı: 3337

“Zelenski özü çoxdan Prezident Putin üçün mümkün rəqib (danışıqlar üçün – red.) olmaqdan çıxıb”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Zelenskinin hansı vədlərlə Prezident seçildiyini bilirik və bu vədləri Ukraynada ona səs verən seçicilərə xatırlatmaq heç də çətin deyil. O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, üstəlik, belə məlum oldu ki, o, onları yerinə yetirməyə hazırlaşmır, müharibəyə hazırlaşır”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın “SkyNews” telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimi Putinlə danışıqlarda maraqlı olmadığını deyib.