“Rusiya ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərini diqqətlə izləyib”.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Rusiya Baydenin Polşaya səfərini də izləyəcək.
Peskov, həmçinin qeyd edib ki, ABŞ liderinin Ukraynaya səfəri qeyri-adi hadisə deyil və Rusiyada daxili vəziyyətə təsir edə bilməz.
Son xəbərlər
Son Xəbərlər