Kremldən Mişustinin istefası ilə bağlı iddialara münasibət

kremlden-misustinin-istefasi-ile-bagli-iddialara-munasibet
Oxunma sayı: 1858

“Koronavirusa yoluxan Mixail Mişustin sağalandan sonra işinin başına geri qayıdacaq. Mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir, boş söhbətdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. Bildirib ki, hazırda Baş Nazir vəzifəsini müvəqqəti olaraq Andrey Belousov icra edir.

Qeyd edək ki, daha əvvəl “Meduza” nəşrində koronavirusa yoluxan Rusiya Baş Nazirinin vəzifəsinə geri dönməyəcəyi barədə xəbər yayımlanıb.

Xatırladaq ki, M. Mişustin ötən gün Prezident Vladimir Putinlə onlayn görüşdə koronavirus üçün keçdiyi testin pozitiv nəticələndiyini elan etmişdi.