Kreml Dağlıq Qarabağdakı vəziyyəti stabillikdən uzaq adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın münaqişənin nizamlanması üzrə işləri dayandırmaq niyyətində olmadığını bildirib.
O, “Sözsüz ki, vəziyyət stabillikdən bir qədər uzaqdır. Ona görə də əldə olunan nailiyyətlərlə kifayətlənmək mümkün deyil və heç kim bunu etmək istəmir”, - deyib. Peskov qeyd edib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə şərait yaratmaq üçün böyük səylər göstərir.
Mətbuat katibi etiraf edib ki, münaqişənin kəskinləşməsi geri addım atmağa gətirib çıxardı.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər