Kremldən saxlanılan etirazçıların orduya çağırılmasına - Münasibət

kremlden-saxlanilan-etirazcilarin-orduya-cagirilmasina
Oxunma sayı: 6408

“Rusiyada səfərbərliyə qarşı razılaşdırılmamış aksiyalarda saxlanılan vətəndaşlara çağırış vərəqələrinin verilməsi qanuna zidd deyil”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Həmçinin oxuyun: “Иран не потерпит изменения границ региона”

“Bu səbəbdən də, burada sözügedən şəxslərin hüquqlarının pozulmasına yol verilməyib”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, sentyabrın 21-i Rusiyanın bir neçə şəhərində qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı 38 şəhər üzrə 1400-dən çox insan saxlanılıb. Rusiya mediası bu gün Moskva və Voronej şəhərlərində keçirilən aksiyalar zamanı saxlanılan şəxslərə hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələrinin verildiyini yazıb