Kremldən “Şimal axını”ndakı insidentlə bağlı açıqlama

Kremldən “Şimal axını”ndakı insidentlə bağlı açıqlama
Oxunma sayı: 2432

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Şimal axını” qaz boru kəmərlərində baş verən insidentin terror aktı ola biləcəyini istisna etməyib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Bu görünməmiş hadisənin xarakteri əlbəttə ki çox fəal əməkdaşlıq tələb edir”, - deyə Peskov söyləyib.

O, həmçinin qeyd edib ki, kifayət qədər təhlükəli bu vəziyyət təcili olaraq aydınlaşdırılmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Bu gün isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sözügedən qaz kəmərlərində qeydə alınan sızmanın qəsdən törədilmiş əməllərin nəticəsi olduğunu iddia edib. NATO da öz növbəsində qəzanı təxribat adlandırıb.