Kremldən Şoyqunun az görünməsi ilə bağlı - Açıqlama

kremlden-soyqunun-az-gorunmesi-ile-bagli
Oxunma sayı: 9851

“Müdafiə naziri Sergey Şoyqunun Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı çoxlu narahatlığı olduğundan hazırda media fəaliyyətinə vaxtı yoxdur”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Müdafiə nazirinin indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir. Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdu, bu, tamamilə başa düşüləndir", - o, Şoyqu ilə bağlı danışarkən deyib.

Şoyqunun səhhətində problemlərin olub-olmaması ilə bağlı iddalara cavab verən Peskov deyib: “Agentlik nəşrini dinləməyə ehtiyac yoxdur, Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.

Qeyd edək ki, martın 23-də rusiyalı araşdırmaçı jurnalistlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun informasiya məkanından yoxa çıxmasına diqqət çəkib.