Kremldən üçtərəfli görüşlə bağlı daha bir açıqlama

kremlden-ucterefli-gorusle-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 3428

Qarabağ üzrə üçtərəfli bəyanatın ildönümü münasibətilə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında təmas planlaşdırılmayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“O ki qaldı Bakı və İrəvanla ünsiyyətə, o, Moskva tərəfindən müxtəlif səviyyələrdə və yalnız müntəzəm əsasda baş verir. Üçtərəfli ünsiyyətə gəldikdə isə, əgər belə razılıq əldə olunsa, biz sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur”, - deyə sözçü qeyd edib.

Kremlin sözçüsü, həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağla bağlı imzaladığı razılaşmalar İrəvan və Bakı üçün son dərəcə əhəmiyyətlidir.

Xatırladaq ki, D. Peskov noyabrın 8-i jurnalistlərə bildirmişdi ki, Putin, Əliyev və Paşinyanın videobağlantı ilə danışıqlarının dəqiq tarixi bəlli deyil.

Həmçinin oxuyun: “Danışıqların dəqiq vaxtı bəlli deyil” - Peskov