Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər

Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər
Oxunma sayı: 1073

Krım administrasiyasında bütün rəhbərlər bölgə başçısı Sergey Aksenovun təklifindən sonra istefa veriblər.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, o, bunu yeni komanda formalaşdırmaq üçün edib.

Aksenovun sözlərinə görə, tezliklə yeni seçilmiş millət vəkilləri administrasiya rəhbərlərinin vəzifələrini doldurmaq üçün müsabiqələrin keçiriləcəyi tarixləri təyin edəcəklər.

Xatırladaq ki, sentyabrın 8-də Krımda parlament seçkiləri keçirilib. Parlamentə 3 partiya daxil olub. “Vahid Rusiya” 75 mandatdan 60-nı, “Rusiyanın Liberal-Demokratik Partiyası” (LDPR) 10, “Rusiyanın Kommunist Partiyası” (KPRF) isə 5 yer qazanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi