Ötən gün Krımın hərbi aerodromunda bir neçə təyyarə sursatı partlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı 6 nəfər yaralanıb, 1 nəfər dünyasını dəyişib. Aviasiya texnikasına ziyan dəyməyib.
Rusiya Müdafiə Nazirliyi partlayışın səbəbini yanğın təhlükəsizliyi tələblərinin pozulması ilə əlaqələndirib.