“Krım həmişə Rusiyaya məxsus olub”

krim-hemise-rusiyaya-mexsus-olub-
Oxunma sayı: 1689


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bunu Çexiyanın keçmiş prezidenti Vatslav Klaus Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində deyib.

O, Krımın ilhaqı ilə konfliktin dərinləşmədiyi qənaətindədir. “Tamamilə aydındır ki, Krım Ukraynanın tərkib hissəsi deyildi. Krım həmişə Rusiyaya məxsus olub. Mən bunda faciə görmürəm. Fikrimcə, münaqişənin dərinləşməsinin əsas səbəbi də Ukrayna daxilindəki böhrandır”-deyib sabiq prezident.  

Klausun sözlərinə görə, böhran onunla bağlıdır ki, Ukrayna SSRİ-nin süqutundan sonra dəyişikliklərin öhdəsindən gələ bilməyib. “Bu, süni şəkildə yaradılmış, parçalanmış bir ölkədir. Ukrayna bircins əhaliyə malik ata-baba ərazisi deyil. Ona görə də başqa ölkələrlə müqayisədə onunçün transformasiya daha çətin idi. İndiki böhran da ölkəni Qərblə Şərq arasında seçim zorunda qoymağın nəticəsidir. Lakin Ukraynanı belə bir seçim qarşısında qoymaq onu məhv eləmək deməkdir”, - deyə əminliklə əlavə edib sabiq prezident.