“Qafqazinfo” xəbər verir ki, canlı yayımlanan çıxışında prezident Krımın Rusiyanın tərkibinə qatılması ilə bağlı danışır:
“Bu məsələ həyati vacibdir, tarixi əhəmiyyət daşıyır. Martın 17-si Krımda referendum keçirildi. Əhalinin 96%-dən çoxu Rusiyaya birləşməyin leyhinə səs verdi. Bu rəqəmlər kifayət qədər inandırıcıdır. Belə bir seçim edilməsinin səbəbini bilmək üçün tarixi bilmək kifayətdir.
Krım insanların ürəyində və şüurunda Rusiyanın ayrılmaz hissəsi olub və elə də qalacaq.
Krım hər zaman Rusiyanın bir hissəsi olub
Bəli, elə bir dövr olub ki, Krım tatarlarına qarşı qəddar ədalətsizlik nümayiş etdirilib. O zaman repressiyalardan müxtəlif millətlərdən olan milyonlarla insan zərər çəkdi. Krım tatarları öz torpaqlarına qayıtdılar. Bu, onların ümumi evidir, onların balaca vətənləridir və düzgün olardı ki Krımda 3 bərabərhüquqlu dövlət dili olsun: rus, ukrayna və krım-tatar.
Qardaş Ukrayna xalqına qarşı münasibət isə hər zaman bizim üçün mühüm, açar rolu olub və belə də qalacaq. Tam mübağiləsiz.
Son xəbərlər
Son Xəbərlər