Krım körpüsündə hərəkət bərpa edildi

krim-korpusunde-hereket-berpa-edildi
Oxunma sayı: 1474

Krım körpüsündə təmirdən sonra hərəkət bərpa edilib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Nəqliyyat Nazirliyi yayıb.

“Bu gün təmir-bərpa işlərindən sonra Krım körpüsündə avtomobil və avtobusların hərəkəti bərpa olunub”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2022-ci il oktyabrın 8-i Krım körpüsündə partlayış baş verib. Rusiyanın istintaq orqanları hadisəni terror aktı olaraq qiymətləndirib. Partlayış nəticəsində körpünün iki hissəsi dağılıb, 4 nəfər həlak olub.