Rusiyanın hava hücumundan müdafiə sistemləri Krım səması üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
“Fevralın 29-da saat 15:45 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”.