Krım üzərində 11 PUA vuruldu - Video

krim-uzerinde-11-pua-vuruldu
Oxunma sayı: 2789

Bu gün Krım üzərində 11 PUA vurulub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun başçısı Sergey Aksenov teleqramda bildirib.

Onun sözlərinə görə, Cankoy rayonunda silah-sursat anbarına zərbə endirilib, həmçinin Kirov rayonunda şəxsi evə ziyan dəyib.

“İlkin məlumata görə, xəsarət alan olmayıb”, - o yazıb.

Aksenov sakinləri sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.

O əlavə edib ki, Cankoyda dəmir yolu, eləcə də Cankoy - Simferopol magistral yolunda hərəkət təhlükəsizlik məqsədilə bağlanıb.

***

Rusiya Müdafiə Nazirliyi iddia edib ki, bazar ertəsi gecə Kiyev Krımdakı obyektlərə 17 PUA ilə hücum etməyə çalışıb.