Krımda terror aktının qarşısı alındı

krimda-terror-aktinin-qarsisi-alindi
Oxunma sayı: 1296

Krımda terror aktının qarşısı alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Təhlükəzislik Xidməti yayıb.

Məlumata görə, İŞİD qruplaşmasının tərəfdarı olan Rusiya vətəndaşı Simferopol şəhərində dəmiryolunu partlatmaq istəyib.

Bildirilir ki, sözügedən şəxsin evində axtarış keçirilib və iki əldəqayırma partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.