Kriminal avtoritet həbs edildi

kriminal-avtoritet-hebs-edildi
Oxunma sayı: 2019


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, “qanuni oğru” 62 yaşlı Robinzon Arabuli Gürcüstan vətəndaşıdır.

O, Moskvanın qərbində restoranlardan birinin yanında polis tərəfindən tutulub. Robinzon Arabulinin həbs edilməsini Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin rəsmi saytı bildirib.

Cinayət axtarışının əməkdaşlarının fərziyyəsinə görə, Mosfilmovskoy küçəsi ərazisində tutulma dəqiqəsində kriminal avtoritet narkotik sərxoşluq vəziyyətində olub.

“Ondan şəxsi yoxlamanın gedişatında şalvarının cibində açıq-qəhvəyi rəngli toza oxşar maddə bağlaması aşkar edilib. Həmin maddə yoxlanması üçün tədqiqata göndərilib”, - deyə Daxili İşlər Nazirliyinin press-relizində deyilir.

Ekspertiza təyin edib ki, götürülmüş maddə heroindir, çəkisi 2,29 qram təşkil edir.

Narkotiklərin qanunsuz dövriyyəsi faktı üzrə “qanuni oğru”ya cinayət işi açılıb.

“Hal-hazırda saxlanılanın başqa qeyri-qanuni əməllərdə mümkün iştirakı yoxlanılır”, - deyə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bildirib.

Robinzon Arabuli altı dəfə mühakimə olunub, həmçinin Ukraynada həbsxanada yatıb. Ümumilikdə o, 20-dən çox il həbsxana həyatı yaşayıb. Arabuli Mixail Voyevodinlə (Mişa Lujneçski) birlikdə “slavyan” klanına daxildir.

Şəhər Daxili İşlər İdarəsinin məlumatına görə, Robinzon 1989-cu ildən Moskvada yaşayır. O, vaxtikən paytaxtda narkotiklərin çatdırılmalarına nəzarət edən Kutaisi cinayətkar qruplaşmasının lideri olub.