Kriminal xəbər

kriminal-xeber
Oxunma sayı: 648

Dekabrın 23-də Mərdəkan qəsəbəsində Emil Zöhrabov bədənin müxtəlif nahiyyələrindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya daxil olub. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikldəri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Vüqar Vəliyev dekabrın 24-də tutulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Xəyyam Rəsulov tutulub.

Dekabrın 22-si saat 18:00 radələrində Q.Qarayev prospektində naməlum şəxs Ümüdə Ələsgərovanın qızıl boyunbağısını, mobil telefonunu və 53 manatını alıb. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Elşən Mehdiyev dekabrın 24-də tutulub.