Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 645

Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Fazil Səlimov fevralın 20-də yaxalanıb.

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Rafiz Rüstəmovdan 450 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Müəyyən edilib ki, R.Rüstəmov ötən il dekabrın 13-də B.Sərdarov küçəsində yaşayan ABŞ vətəndaşı MacKenze Patrisanın mənzilinə aldatma yolu ilə daxil olaraq oaradan 50 manat və şəxsi sənədlər oğurlayıb.

Xətai RPİ 35-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Oruc Xəlilov fevralın 20-də yaxalanıb.