Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 651

İyunun 5-i saat 02:50 radələrində Babək prospektində Ağdam rayon sakini Namiq Allahverdiyev idarə etdiyi “VAZ-2109” markalı avtomobili maneəyə vurub, aldığı xəsarətdən hadisə yerində ölüb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elşən Müslümov iyunun 4-də tutulub.

Səbail RPİ CAŞ və 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 30-da Natiq Həsənovu qətlə yetirən digər iştirakçı Bakı şəhər sakini Bahadur Mustafayev iyunun 4-də yaxalanıb.

Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan İlham Ağayev iyunun 4-də tutulub.

İyunun 4-də Ə.Ələkbərov küçəsində Arif Yaqubov bıçaq xəsarətləri ilə KTM-ə yerləşdirilib. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Kərimov iyunun 4-də yaxalanıb.

Aprelin 30-na keçən gecə Zığ yolu küçəsində Sumqayıt şəhər sakini Ruslan Şükürova məxsus “BMW” markalı avtomobilin üzərindən 4 ədəd təkər oğurlanıb. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Roman İsmayılov və Əkbər Əsədov iyunun 4-də yaxalanıb.