Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 644

İyulun 5-i saat 11:00 radələrində Qara Qarayev prospektində yaşayan Elmira Mustafayevanın mənzilindən 1300 manat, 100 avro və 760 ABŞ dolları oğurlayan Bakı şəhər sakini Daməd Salayev Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

İyulun 5-i saat 22:10 radələrində Bakı - Mərdəkan yolunda Anar Əvəzzadə idarə etdiyi «Lexus» markalı avtomobili yol kənarında dayanmış Zaur Məmmədova məxsus “ZAZ-Tavriya” markalı avtomobilə vurmuşdur. Nəticədə Z.Məmmədov hadisə yerində ölüb.

İyulun 5-i saat 16:50 radələrində O.Vəliyev küçəsi 1-in qarşısında Məhərrəm Şoliyev idarə etdiyi «Volksvagen» markalı avtomobili idarəetməni itirməsi nəticəsində aşırmış, nəticədə özü KTM-ə daxil olmuş, sərnişini Niyazi Nəbiyev isə hadisə yerində ölüb.

Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Namazov iyulun 5-də tutulmuşdur. Məlum olnub ki, o, mayın 24-də İftixar Vəliyevə, mayın 26-da isə Anar Mehrəliyevə məxsus “VAZ 2107” markalı avtomobilləri qaçırılıb. Bundan başqa iyulun 3-nə keçən gecə 28 may küçəsində Azər Zeynalova məxsus «BMV», Səfəralı Ələkbərova məxsus «KİA», Elçin Həsənova və Könül Vəliyevaya məxsus «Mersedes» markalı avtomobillərin arxa dövlət qeydiyyat nömrələrini oğurlanıb.

İyunun 11-nə keçən gecə E.Həsənov küçəsində yerləşən Səlim Məmmədova məxsus «VAZ-2106» markalı avtomobil evinin qarşısından qaçırılıb, saat 12 radələrində Bakıxanov qəsəbəsində saz vəziyyətdə tapılıb. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Amin Ramazanov iyulun 5-də saxlanılıb.

İyunun 14-də Yeni Günəşli qəsəbəsində yaşayan Solmaz İbrahimovaya məxsus, evinin qarşısında yerləşən gözəllik salonundan açıq qapıdan keçmə yolu ilə 50 manat oğurlamış Bakı şəhər sakini Rəhman Abdullayev iyulun 5-də Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən tutulmuş, ondan 0,276 qram heroin götürülüb.