Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 675

Sentyabrın 18-i saat 07 radələrində H.Əliyev prospektində Bakı şəhər sakini Namiq İslamov idarə etdiyi «Mitsubişi-Pajero» markalı avtomobillə Gülayət Abdullayevanı vurmuş və nəticədə sonuncu hadisə yerində ölmüşdür.

***

Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elnur Hümbətov sentyabrın 18-də yaxalanmışdır.

***

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar Rauf Heydərov və Mais Vəliyev sentyabrın 18-də yaxalanmışlar.

***

Sentyabrın 17-də Lökbatan qəsəbə sakini Tofiq Xələfov sərxoş vəziyyətdə Qzıldaş qəsəbəsində Nurlan Məmmədlinin döş nahiyəsindən bıçaqla daxilə nüfuz edən xəsarət yetirdiyinə görə Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

***

Sentyabrın 18-i saat 00:15 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini Fariz Hacıyev idarə etdiyi «BMW» markalı avtomobillə Ucar rayon sakini Nurəddin Mustafayevi vurmuş və nəticədə, piyadaçı hadisə yerində ölmüşdür.

***

Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Mürsəl Abbasov sentyabrın 17-də yaxalanmışdır.

***

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rauf İbişov sentyabrın 17-də yaxalanmışdır.

***

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Sitarə Bədəlova sentyabrın 17-də yaxalanmışdır.

***

Sentyabrın 16-da Maştağa qəsəbəsi B.Bağırov küçəsində Xətai Atayev döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 3 saylı xəstəxanaya yerləşdirilmişdir. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Yusif Dadaşov sentyabrın 17-də yaxalanmışdır.

***

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olanlar Orxan Dadaşov və Əli Məlikov sentyabrın 17-də yaxalanmışlar.

***

Mayırn 12-də Əmircan qəsəbə sakini Tamilla Məmmədovanın Yeni Günəşli qəsəbəsindəki evindən 1 ədəd televizor, 1 ədəd DVD və 1 ədəd kondinsioner oğurlanmışdır. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, həmin evdə təmir işləri aparmış Masallı rayon sakini Taleh Məmmədov sentyabrın 17-də yaxalanmışdır.

***

Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rüstəm Qaraşov sentyabrın 17-də yaxalanmışdır.